Roma Papası Sultanəhməd məscidini ziyarət etdi

29-11-2025, 11:23 112 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu ölkədə səfərdə olan Roma Papası XIV Leo bu gün İstanbulda Sultanəhməd məscidini ziyarət edib.


Yenisirvanli.info.az  yerli mətbuata istinadən xəbər verir ki, ziyarət zamanı ərazidə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.


Roma Papasını məscidin qarşısında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və rəsmi nümayəndə heyəti qarşılayıblar.


Bildirilir ki, dinlərarası dialoqun mühüm simvolu olan bu səfər Vatikan-Türkiyə münasibətləri üçün böyük əhəmiyyət kəsb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031