Türkiyə və İran arasında diplomatik müzakirələr aparıldı

30-11-2025, 13:37 131 dəfə baxılıb

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan mühüm diplomatik səfər çərçivəsində Tehrana gedib və iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı İranın İRNA agentliyi yayıb.


Bildirilib ki, görüş İran Xarici İşlər Nazirliyində baş tutub və tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.


İran XİN-dən verilən açıqlamaya görə, Fidanın səfəri təkcə Əraqçi ilə deyil, eyni zamanda İran hökumətinin digər yüksək vəzifəli nümayəndələri ilə də görüşləri əhatə edir.


Görüşlərdə ikitərəfli münasibətlər, regional proseslər və beynəlxalq gündəmlə bağlı məsələlər müzakirə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031