İranda İsraillə əlaqədə ittiham olunan gənc edam olunacaq

20-12-2025, 17:18 134 dəfə baxılıb

 

İranda 27 yaşlı gənc İsrail xüsusi xidmət orqanlarına casusluq etdiyi iddiası ilə ən ağır cəzaya məhkum edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.


Məlumata görə, 1998-ci il təvəllüdlü Aqil Keşavarsi İsrailin xeyrinə casusluq fəaliyyəti göstərdiyi üçün İran məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.


İran məhkəmə orqanlarının yaydığı rəsmi sənədlərdə qeyd olunur ki, Keşavarsi İslam Respublikasının hərbi və təhlükəsizlik sektorlarına aid strateji obyektlərdə gizli video müşahidələr aparıb. Topladığı məxfi məlumatları isə Təl-Əvivdəki xüsusi xidmət orqanlarına ötürüb.


İstintaq materiallarına əsasən, o, İsrail tərəfi ilə əlaqəni internet üzərindən qapalı kanallar vasitəsilə qurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031