Nazir Qazaxıstanın yeni hərbi attaşesi ilə görüşdü - Foto

7-01-2026, 13:32 192 dəfə baxılıb

 

Qazaxıstanın ölkəmizdə yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.


Müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb. 


Polkovnik S.Xayruşev göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.


Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031