Paşinyan parlamentdə Azərbaycanla sülhdən danışdı

21-01-2026, 18:17 317 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamenti ilə hökumət arasında keçirilən sual-cavab sessiyasında Azərbaycanla sərhəddəki mövcud vəziyyəti yüksək qiymətləndirib.


“Yenisirvanli.info.az” “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir hazırda Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülhün hökm sürdüyünü bəyan edib.


O, Xarici Kəşfiyyat Xidmətinin son hesabatına istinad edərək, iki ölkə arasında hərbi eskalasiya riskinin demək olar ki, minimuma endiyini və bunun sülh prosesinin uğurlu gedişatından xəbər verdiyini vurğulayıb:


“Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu göstərir. Biz tərəflər arasında atmosferin müsbətə doğru dəyişməsini alqışlayırıq”.


Bundan başqa, o, ötən həftə 4 nəfərin Ermənistana qaytarılmasını qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031