“Bu qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı”

23-01-2026, 14:40 331 dəfə baxılıb

 

“Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.


“Sənaye və ya ticarət palataları biznes ilə hökumət arasında körpü rolunu oynayır və iqtisadi islahatların daha da dərinləşməsinə töhfə verir. Azərbaycanda fəaliyyət göstərən palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Bu isə onların fəaliyyət istiqamətlərinə və dialoq imkanlarına təsirsiz ötüşmür. Halbuki əksər inkişaf etmiş dövlətlərdə bu qurumların fəaliyyəti ictimai təşkilatlar haqqında qanunlar ilə deyil, xüsusi qanun ilə tənzimlənir.


Bu baxımdan, Azərbaycanda da “Palatalar haqqında” Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu, biznes subyektlərinin fəaliyyətlərinin koordinasiya edilməsinə və real sektorun daha yaxından dəstəklənməsinə imkan verə bilər. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, palataların fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi onların biznesə dəstək imkanlarını artırır”, - deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031