Cey Di Vensin Azərbaycana və Ermənistana səfərinin dəqiq tarixləri məlum oldu

6-02-2026, 11:19 478 dəfə baxılıb

 

ABŞ-nin böyük nümayəndə heyəti Ermənistana gedib.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.


Məlumata görə, nümayəndə heyətinin səfəri iki həftə çəkəcək və səfər ABŞ vitse-prezidenti Cey Di Vensin ölkəyə ziyarətinə hazırlıqların görülməsi məqsədi daşıyır.


Bildirilir ki, nümayəndə heyəti məskunlaşdığı "Armenia Mariott" hotelində onlarla otağı olan bütöv bir mərtəbəni bron edib. Otaqlarda mebellərdən yalnız masa və stullar qalıb, qalan hər şey yığışdırılıb.


Hotel işçilərinə həmin mərtəbədə olmaq qadağan edilib, qonaqların özləri hotelin başqa bir hissəsində yatırlar.


Xatırladaq ki, daha əvvəl Cey Di Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyi elan olunmuşdu. Onun fevralın 9-da Ermənistana gedəcəyi, ertəsi gün isə Bakıya gələcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031