Azərbaycan və Çin birgə universitetinin yaradılması imkanı müzakirə edildi - Fotolar

6-02-2026, 16:38 569 dəfə baxılıb


Elm və Təhsil Nazirliyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində nazir müavini Həsən Həsənli ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüş keçirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, görüşdə süni intellekt, ümumi və ali təhsil sahələrində yeni təşəbbüslər, həmçinin birgə universitetin yaradılması imkanları üzrə geniş fikir mübadiləsi aparılıb.


Səfər proqramı çərçivəsində nümayəndə heyəti “Huawei” şirkətinin baş ofisində də görüş keçirib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları, təhsilin idarəolunması üzrə innovativ həllər, süni intellekt, rəqəmsal transformasiya və tədqiqat-inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.


“Huawei” nümayəndələri süni intellekt üzrə son texnoloji yeniliklər, qlobal layihələr, təhsil və elmi müəssisələrlə birgə laboratoriyaların yaradılması, kadr hazırlığı və bilik transferi mexanizmləri barədə təqdimatla çıxış ediblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031