Rubio: "ABŞ Ukraynada münaqişənin həlli istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə edir"

14-02-2026, 16:38 590 dəfə baxılıb

 

"ABŞ Ukraynada münaqişənin həlli istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə edir".


Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.


"Biz irəliləyişə nail olmuşuq. Son bir neçə il ərzində ilk dəfə keçən həftə texniki səviyyədə hər iki tərəfin hərbi nümayəndələrinin görüşü baş tutub", - deyə dövlət katibi Münhen Təhlükəsizlik Konfransında çıxışında bildirib.


Rubio vurğulayıb ki, Ukrayna üzrə danışıqlarda tərəflər mübahisəli məsələlərin siyahısını qısaltmağa müvəffəq olublar:


"Lakin ən çətin məsələlər hələ həll edilməyib. Yaxşı xəbər odur ki, biz müharibənin bitməsinə aparan məsələlərin siyahısını azaltmışıq. Pis xəbər odur ki, hər şey hələ edilməli olan ən çətin məsələlərə gəlib çıxıb".


Dövlət katibinin sözlərinə görə, Vaşinqton münaqişənin həlli üçün hər iki tərifin qəbul edəcəyi şərtləri tapmaq istəyir:


"Həm Ukraynanın, həm də Rusiyanın razılaşdığı şərtləri tapmaq istəyirik. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031