SEPAH rəsmisi Trampa müraciət etdi - “Məmnuniyyətlə qarşılayırıq”

7-03-2026, 15:19 831 dəfə baxılıb

 

SEPAH sözçüsü Əliməhəmməd Naini ABŞ Prezidenti Donald Trampa müraciət edərək ABŞ hərbi gəmilərinin neft tankerlərini Hörmüz boğazı vasitəsilə müşayiət etməsinə hazır olduqlarını bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, SEPAH sözçüsü deyib ki, İran ABŞ hərbi qüvvələrinin tankerləri müşayiət etməsini “məmnuniyyətlə qarşılayır” və onların boğazda görünməsini gözləyir.


O bildirib ki, amerikalılar qərar verməzdən əvvəl 1987-ci ildə ABŞ-yə məxsus “Bridgeton” supertankerində baş vermiş hücumu və son vaxtlar tankerlərə edilən hücumları xatırlamalıdırlar.


Xatırladaq ki, daha əvvəl Tramp bildirmişdi ki, zəruri olarsa, ABŞ Hərbi Dəniz Qüvvələri neft tankerlərini Hörmüz boğazında müşayiət edə bilər.


ABŞ və İsrailin İrana qarşı zərbələrə başlamasından sonra bölgədə gərginlik artıb. Məlumata görə, son günlər ərzində ən azı 9 gəmi hücuma məruz qalıb və İran tərəfi gəmilərə bu strateji su yolundan keçməməyi tövsiyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031