Paşinyan Rusiyaya gedir - Putinlə görüşəcək

31-03-2026, 16:16 912 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfər edəcək.


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 


Səfər çərçivəsində Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. 


“Görüş çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsi planlaşdırılır”, - məlumatda deyilir. 


Xatırladaq ki, martın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031