ABŞ-dən Ukraynanı SEVİNDİRƏCƏK QƏRAR

30-04-2026, 12:37 1 093 dəfə baxılıb

 

ABŞ Hərb Nazirliyi (Pentaqon) Konqres tərəfindən təsdiqlənən, lakin əvvəllər dondurulan 400 milyon dolları Ukraynaya verəcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ-nin hərb naziri Pit Heqset bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı açıqlama verib.


"Nazirlik Avropa potensialının artırılması məqsədilə 400 milyon dollar vəsaitin ayrıldığını təsdiqləyir və ötən gün həmin məbləğ təmin edilib", - deyə P.Heqset qeyd edib.


Pentaqonun maliyyə nəzarətçisi Jül Herst həmçinin diqqətə çatdırıb ki, həmin vəsaitin rəsmi Kiyev tərəfindən istifadə edilməsi Ukraynanın məhz hansı hərbi avadanlıqları əldə etmək istəməsindən asılı olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031