“Bu hadisələr insan hüquqlarına qarşı açıq hörmətsizlikdir”

21-05-2026, 11:21 1 373 dəfə baxılıb

 

“Qəzza və Ukraynada baş verən hadisələr insan hüquqlarına qarşı açıq hörmətsizliyi bir daha açıq nümayiş etdirir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusunda keçirilən sesiyada Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbaxx deyib.


O bildirib ki, Qəzza və qərb sahilində yaşayan fələstinli icmaların qarşılaşdığı problemlər əslində ekzistensial xarakter daşıyır: “Burada söhbət sadəcə infrastrukturdan və ya yaşayış şəraitindən getmir - insanlar həyatda qalmaq və təhlükəsizliklərini təmin etmək uğrunda mübarizə aparırlar. Bu səbəbdən istənilən bərpa və humanitar yanaşmanın mərkəzində insan həyatı, təhlükəsizlik və fundamental hüquqlar dayanmalıdır. İnsana yönəlmiş yanaşma və keçid dövrünün düzgün idarə olunması daha təhlükəsiz, daha inklüziv və daha dayanıqlı icmaların formalaşmasına xidmət etməlidir. Bu, insanların gələcəkdə öz yaşayış mühitlərində inamla və ləyaqətlə yaşamasını təmin edən əsas şərtlərdən biridir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031