İrlandiyada Azərbaycan birliyi - Diaspor tarixində mühüm addım-Fotolar

23-05-2026, 17:48 1 426 dəfə baxılıb


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyanın paytaxtı Dublində Azərbaycan icması ilə görüşüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.


28 May – Müstəqillik Günü ərəfəsində baş tutan görüşdə çıxış edən komitə sədri dünya azərbaycanlılarının vahidliyini təmin edən Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, habelə həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinə, komitənin kommunikasiya siyasətinə toxunub, İrlandiyada yaşayan azərbaycanlıların diaspor işindəki aktivliyini yüksək qiymətləndirib.


İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak, Azərbaycan Respublikasının İrlandiyadakı ilk fəxri konsulu Terri Leyden, Türkiyə Respublikasının İrlandiyadakı Səfirliyinin ikinci katibi Pınar Çetin ölkələr arasındakı əlaqələrin inkişafını və Azərbaycan diasporunun təcrübəsini müsbət qiymətləndirib, interaktiv, məhsuldar şəraitdə keçən görüşdən xoş təəssürat qazandıqlarını dilə gətiriblər.


Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov soydaşlarımızla görüşü yüksək qiymətləndirib, İrlandiyada icmalaşma prosesinin sürətləndiyini bildirib.


İrlandiyada fəaliyyət göstərən “Anna və Əşrəf” musiqi məktəbinin təsisçisi Əşrəf Tağıyev İrlandiyadakı soydaşlarımızın gördüyü işlərdən danışıb, Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin yerli cəmiyyətə tanıdılmasında bu ölkədəki icmanın mühüm rol oynadığını bildirib.


Görüşdə diaspor fəaliyyətindəki təcrübələr və ortaq hədəflər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, iştirakçılar perspektivə dair təklif və suallarını səsləndiriblər.


Daha sonra İrlandiya Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.


Görüş 28 May – Müstəqillik Gününə həsr edilən bədii hissə ilə yekunlaşıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031