Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi

24-05-2026, 14:17 1 424 dəfə baxılıb

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb.


"Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.


Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - deyə XİN-in paylaşımında bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031