“Ölkənizə tezliklə baş tutacaq rəsmi səfərimi səbirsizliklə gözləyirəm”

28-05-2026, 17:15 1 497 dəfə baxılıb

 

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, məktubda deyilir: 


“Hörmətli cənab Prezident.


Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.


Müsəlman dünyasında ilk demokratik respublikanın yaradılması günü kimi qeyd edilən bu əlamətdar bayram Azərbaycan xalqı üçün azadlıq, suverenlik və tərəqqi rəmzidir.


Slovakiya Respublikası Azərbaycan Respublikası ilə yaxşı səviyyədə olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirir. Ötən ilin dekabr ayında Zati-alinizin Slovakiyaya ilk rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.


Mən Sizin gözəl ölkənizə tezliklə baş tutacaq rəsmi səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, ən yüksək səviyyədə qarşılıqlı səfər mübadiləsi əlaqələrimizi daha da dərinləşdirəcək, enerji, nəqliyyat, investisiyalar və mədəniyyət sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.


Cənab Prezident, Sizə möhkəm cansağlığı, şəxsi rifah və ali dövləti vəzifənizdə yeni müvəffəqiyyətlər arzularımı qəbul etməyinizi xahiş edirəm.


Eyni zamanda, Sizə, eləcə də bütün Azərbaycan xalqına davamlı uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıram.


Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031