Paşinyanın ad gününü təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Ali Avrasiya İqtisadi Şurasının mayın 29-da Astanada keçirilmiş iclasının yekunları müzakirə olunub”, - məlumatda deyilir.
Putin söhbət zamanı Ermənistan Baş nazirini ad günü münasibətilə də təbrik edib.
Qeyd edək ki, bu gün Paşinyanın 51 yaşı tamam olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: