Seçkilərdən sonra Moskvaya gedəcək

3-06-2026, 17:39 1 540 dəfə baxılıb

 

“İyunun 7-nə planlaşdırılan parlament seçkilərindən sonra Moskvaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıram”.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşviqat kampaniyası çərçivəsində çıxışı zamanı bildirib. 


“Rusiya prezidenti iyunun 1-də məni ad günüm münasibətilə təbrik etmək üçün zəng etdi. Lakin aydındır ki, təbrikdən əlavə biz həmçinin işgüzar söhbət apardıq. Biz razılaşdıq ki, seçkilərdən sonra mən yenidən ora səfər edəcəyəm və görüş keçirəcəyik. O zaman biz bütün cari məsələləri həll edəcəyik”, - Paşinyan deyib.


O, Rusiya ilə münasibətlərdəki bütün mübahisəli məsələlərin həll ediləcəyinə əmin olduğunu da bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930