“Süni intellektin məsuliyyətli tətbiqi istiqamətində mühüm addımlar atılır”

18-06-2026, 12:42 1 684 dəfə baxılıb

 

“Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində bildirib.


Dövlət başçısı qeyd edib ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır.


“Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir”, - Azərbaycan Prezidenti vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031