Ursula fon der Lyayen Azərbaycana gəlir

26-06-2026, 13:44 1 716 dəfə baxılıb

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “AnewZ” telekanalı xəbər verir.


Məlumata əsasən, bu səfər Avropa Komissiyası sədrinin Ermənistana səfərindən sonra baş tutacaq və onun 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq.


Qarşıdakı səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir.


Brüsselin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda baş tutacaq regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031