Prezident büdcə ilə bağlı qanunu - Təsdiqlədi

7-07-2026, 16:37 1 769 dəfə baxılıb

 “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun təsdiqlənib.


“Yenisirvanli.info.az” xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb.


Sənədə əsasən, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.


Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.


İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031