Rusiyadan Ermənistana daha bir - Qadağa

24-07-2026, 13:16 1 853 dəfə baxılıb

 Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən Ermənistandan Rusiyaya süd məhsullarının tədarükünə məhdudiyyət tətbiq edəcək. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə qurum özünün rəsmi saytında məlumat yayıb. 


Məlumata görə, bu qərar iyulun 14-dən 21-dək aparılan yoxlamaların nəticəsinə uyğun olaraq verilib. Belə ki, sözügedən yoxlamalar zamanı Rusiyaya idxal edilən məhsulların istehsalı zamanı xəstəliyə yoluxmuş heyvanların südündən istifadə edilməsi müəyyən edilib. 


Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan meyvə-tərəvəzlər, gül və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031