“Bu, Ermənistan-Azərbaycan münaqişəsindən fərqlidir”

25-07-2026, 17:29 1 857 dəfə baxılıb

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, bu haqda Rusiyanın Omsk şəhərində keçirilən XXII Qazaxıstan–Rusiya Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb:


“Ermənistan və Azərbaycan arasında, münaqişənin mahiyyəti və kökləri bizə tam aydın idi, çünki bu, tarixə söykənirdi. Amma burada bunu anlamaq çox çətindir”, – deyə Tokayev vurğulayıb.


Qazaxıstan lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin artıq dondurulmasının və tərəflərin “İstanbul 2.0” formatına qayıdaraq danışıqları bərpa etməsinin vaxtının çatdığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə böyük dövlətlərin, o cümlədən Rusiyanın təminatları ilə sülhə doğru irəliləmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031