Tramp İrana inanmır

12-08-2026, 10:31 353 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinə inanmadığını bildirib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Donald Tramp avqustun 11-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"İrana inanmıram. İrana etibar edəcək sonuncu insan mənəm", - deyə o bildirib.

Bununla yanaşı, ABŞ Prezidentinin fikrincə, İran məsələsində Birləşmiş Ştatlar "çox yaxşı mövqedədir". "İranla bağlı hər şey tamamilə yaxşı irəliləyir", - deyə o bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir. Trend


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930