Kəmaləddin Heydərov əmr imzaladı – Baş İdarə ləğv edildi
Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.
Yenisirvanli.İnfo.Az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi.
O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: