Həbsdə olan Gürcüstanın keçmiş baş naziri siyasi mübarizəyə başlayır

19-08-2026, 09:20 206 dəfə baxılıb

 

İrakli Qaribaşvili ona qarşı cinayət təqibinin siyasi məhvetmə məqsədi daşıdığını iddia edib və başına gələnləri “qurama təxribat” adlandıraraq mübarizəyə başlayacağını bildirib

Yenisirvanli.İnfo.Az bildirir ki, Georgia Online portalının məlumatına görə, həbsdə olan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili məktub yayımlayaraq ona qarşı başladılan cinayət təqibinin siyasi baxımdan sıradan çıxarılması məqsədi daşıdığını bildirib.

Qaribaşvilinin sözlərinə görə, ötən il korrupsiyaya qarşı mübarizə adı altında başladılan kampaniyanın əsas məqsədi əvvəldən onun həbs edilməsinə nail olmaq olub. O iddia edib ki, hakim komandanın rəhbərliyi ilə qarşıdurmadan qaçmaq və dövlətin maraqlarına zərər vurmamaq üçün hüquqi mübarizədən şüurlu şəkildə imtina edib və ona qarşı irəli sürülən ittihamları qəbul edib.

“Komanda ilə və mənim üçün əziz olan insanla qarşıdurmadan qaçmaq üçün hər şeyi etdim”, deyə Qaribaşvili yazıb.

Keçmiş baş nazir bildirib ki, bunun əvəzində “qurama və çirkli təxribat”, yalan və ədalətsizliklə üzləşib. O, baş verənlərlə bağlı uzun müddət açıqlama vermədiyini və bu sınağı “tam səbrlə qəbul etdiyini” qeyd edib.

Qaribaşvili həmçinin Mamuka Mdinara­dzenin iyul ayında ona məktub göndərdiyini bildirib. Onun sözlərinə görə, həmin məktuba cavabında siyasətə qayıtmaq niyyətində olmadığını açıqlayıb və mümkün qayıdışı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün müəyyən tədbirlər təklif edib.

Lakin keçmiş baş nazirin iddiasına görə, bundan sonra ona siyasətə qayıtması ilə bağlı hələ də “1 faizlik riskin” qaldığı bildirilib. Qaribaşvili hesab edir ki, məhz buna görə ondan korrupsiya ilə bağlı ittihamları qəbul etməsi tələb olunub.

“Bu, həyatımda atmağa məcbur olduğum ən çətin addıma səbəb olan qırmızı xətt idi”, deyə Qaribaşvili bildirib.

Keçmiş baş nazir əlavə edib ki, artıq başqa çıxış yolu qalmadığı üçün mübarizəyə başlayacaq. Onun bu açıqlaması həbsdə olduğu müddətdə Gürcüstanın siyasi gündəminə qayıtmaq niyyətinin ilk açıq siqnallarından biri kimi qiymətləndirilir.

Qaribaşvilinin irəli sürdüyü iddialarla bağlı hakimiyyətin mövqeyi isə ayrıca açıqlanmayıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930