Zelenskidən Ukraynada müharibənin bitəcəyi tarixlə bağlı PROQNOZ

24-08-2026, 14:46 86 dəfə baxılıb

Müharibənin başa çatdırılması üçün diplomatik imkanlar dəhlizi dekabrda ABŞ-də keçiriləcək G20 sammitindən 2027-ci ilin yayının sonuna qədər davam edəcək.

 "RBK-Ukrayna" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.

"Müharibənin başa çatması üçün imkanlar dəhlizi ABŞ-də keçiriləcək G20 sammitindən 2027-ci ilin yayının sonuna qədərdir. Çünki daha sonra ABŞ-də prezident seçkisi başlayır. Biz hesab edirik ki, hazırda bu, diplomatiyanın müharibənin başa çatmasına gətirib çıxara biləcəyi ən aktiv mərhələdir. Bu, cari ilin sonundan 2027-ci ilin yayının sonuna qədər olan dövrdür", - deyə Zelenski qeyd edib.

Ölkə rəhbərinin sözlərinə görə, əgər tərəflər ABŞ-dəki seçkiyə qədər hər hansı razılığa gələ bilməsələr, bunun səbəbi tamamilə aydın olacaq.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930