Müctəba Xameneinin yeni görüntüləri YAYIMLANDI – FOTO

25-08-2026, 09:30 103 dəfə baxılıb

 

İranın ali dini lideri Müctəba Xameneinin “strateji nəzarətçi” qismində iştirak etdiyi iclasdan görüntülər yayımlanıb.

Yenisirvanli.İnfo.Az “Haberler.com” portalına istinadən xəbər verir ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən Xameneinin iclasda aktiv fəaliyyət göstərdiyinin müşahidə olunduğu bu kadrlar, onun harada olduğuna dair müzakirələrin davam etdiyi bir vaxta təsadüf edib.

İclasın dəqiq nə vaxt və harada keçirildiyi barədə məlumat verilməyib.

“Fars” xəbər agentliyi tərəfindən paylaşılan görüntülərdə Xameneinin iclasda “strateji nəzarətçi” statusu ilə iştirak etdiyi görünür. Görüntülərdə onun iclasın gedişatını izlədiyi əks olunsalar da, tədbirin məzmunu və iştirakçıları barədə ətraflı məlumat açıqlanmayıb.

Agentlik kadrların hansı tarixdə və hansı çərçivədə keçirilən iclasa aid olduğunu bildirməyib. Bu səbəbdən kadrların Xameneinin son dövrdəki fəaliyyəti baxımından nə vaxt lentə alındığı dəqiq məlum deyil.

Müctəba Xameneinin görüntülərinin yayımlanması İranın yeni liderinin uzun müddətdir gözə dəyməməsi səbəbindən diqqət çəkib. Atası Əli Xameneinin vəfatından sonra İran rəhbərliyinin ən ali məqamına seçilən Müctəba Xameneinin, ABŞ və İsrailin İrana yönəlik hücumlarından sonra harada gizləndiyinə dair müxtəlif iddialar irəli sürülüb.

“The Times” qəzetində yer alan xəbərdə MKİ (CIA) və İsrail xarici kəşfiyyat xidməti “Mossad”ın Xameneinin yerini müəyyənləşdirmək və sağ olduğunu dəqiqləşdirmək məqsədilə axtarışlar apardığı iddia olunub.

Xameneinin elektron izləməyə düşməmək üçün uzun müddətdir şəxsi telefon və kompüterindən istifadə etmədiyi, həmçinin peyk izləməsindən qorunmaq üçün yeraltı sığınacaqda qaldığı bildirilib.

İran prezidenti Məsud Pezeşkianın da təhlükəsizlik səbəbi ilə gizli bir ünvana aparılaraq Xamenei ilə görüşdüyü, lakin məkanın tamamilə qaranlıq olması səbəbindən görüşdüyü şəxsin həqiqətən Xamenei olduğuna əmin ola bilmədiyi iddiası gündəmə gəlib.

İran mediası avqustun 9-da da Müctəba Xameneiyə aid olduğu bildirilən təxminən 13 saniyəlik bir video yayımlayıb. Həmin kadrlar Xameneinin dini təhsil verdiyi təxmin edilən bir məkanda tələbələrlə birgə olduğunu göstərsə də, videonun harada və nə vaxt çəkildiyi açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930