Zelenski Hikmət Hacıyevi təltif edib – FOTO

25-08-2026, 11:13 400 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.

Yenisirvanli.İnfo.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomatın sözlərinə görə, V.Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.

“Təltif edilənlər arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var, o, III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik”, – səfir yazıb.

Hikmət Hacıyevin ordenlə təltif edilməsi haqqında fərman Ukrayna Prezidentinin saytında da dərc olunub.

Sənədə əsasən, H.Hacıyev və digər dövlətlərin bir sıra rəsmi şəxsləri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə verdikləri mühüm şəxsi töhfəyə görə yüksək mükafata layiq görülüblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930