Paşinyan Moskvaya gedəcək

7-09-2026, 10:07 208 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək.

 Yenisirvanli.İnfo.Az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin ilin sonunadək baş tutacağını bildirib: “Səfər yaxın vaxtlarda olacaq. Dəqiq tarix hələ məlum deyil”.

Xatırladaq ki, ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş zamanı Putin Paşinyanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031