Hikmət Hacıyev: Avropa Parlamentinin qətnamələri regionda sülh gündəmini zəiflədir

17-09-2026, 09:20 108 dəfə baxılıb

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa Parlamentinin Cənubi Qafqazla bağlı mövqeyini tənqid edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində “Euronews”un forum panelində deyib.

O bildirib ki, Azərbaycan sülhə nail olduqdan sonra belə dezinformasiya ilə üzləşməkdə davam edir:

“Belə qurumlardan biri Avropa Parlamentidir. O, həllin bir hissəsi deyil, problemin bir hissəsidir. Avropa Parlamenti regionda sülh gündəmini zəiflədən qətnamə və qərarlar qəbul edir.

Biz regional sülh qurmaq prosesindəyik, lakin Avropa Parlamenti tamamilə fərqli gündəm həyata keçirir”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031