Putin Çin lideri ilə sammitdə iştirak edəcək, Trampla görüşməyəcək

22-09-2026, 10:32 30 dəfə baxılıb

 

Rusiya prezidenti Vladimir Putin Çinə səfər edərək Çin Xalq Respublikasının sədri Si Szinpinin ev sahibliyi etdiyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun Donald Trampın da iştirak edəcəyi ABŞ-dakı G20 sammitinə qatılmaması gözlənilir.

Bloomberg-in Kremlə yaxın mənbələrə istinadən yazdığına görə, Putin 2017-ci ildən bəri ilk dəfə APEC görüşündə şəxsən iştirak etməyi planlaşdırır. Mənbələrin sözlərinə görə, onun Floridada keçiriləcək G20 sammitinə səfər etməsi ehtimalı isə olduqca aşağıdır.

Si Szinpinin sədrliyi ilə APEC liderlərinin sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Rusiya rəsmiləri sammit çərçivəsində dünyanın üç ən böyük nüvə dövlətinin liderləri – Si Szinpin, Putin və Trampın üçtərəfli görüşünün keçirilməsi imkanını müzakirə ediblər.

Bloomberg qeyd edir ki, Putin Ukraynanın Avropadakı Qərb müttəfiqləri, eləcə də Kanada, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi ölkələrin nümayəndələri ilə qarşılaşma riskinin olduğu çoxtərəfli forumlardan əsasən yayınır. Bundan başqa, G20 sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin gözlənilmədən iştirak etməsi ehtimalı da var.

Bununla yanaşı, APEC sammitində iştirak Putin üçün 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra ən diqqətçəkən beynəlxalq tribunaya çıxış imkanı yarada bilər.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031