Bu ölkəyə də vizasız gedə biləcəyik - Saziş imzalandı - Fotolar

23-09-2026, 10:12 237 dəfə baxılıb

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, XİN-dən “Qafqazinfo”ya bildirilib ki, görüşdə Azərbaycan-Kolumbiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər, həmçinin BMT çərçivəsində çoxtərəfli platformalarda əməkdaşlıq, regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Azərbaycan Hökuməti ilə Kolumbiya Hökuməti arasında “Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalanıb.
Saziş Azərbaycan və Kolumbiya arasında əlaqələrin hüquqi və institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031