İran yenə şərt qoyur: "7 şərtimiz yerinə yetirilməlidir, yoxsa boğaz açılmayacaq"

24-09-2026, 09:58 179 dəfə baxılıb

 

"İranın təqdim etdiyi 7 şərt Hörmüz boğazı açılmadan əvvəl yerinə yetirilməlidir. Əks halda boğaz açılmayacaq".

Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rezai İran televiziyasında söyləyib.

O, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ nümayəndə heyəti arasında Nyu-Yorkdakı görüşlə bağlı danışarkən Tehranın şərtlərini yeniləyib: "Xarici işlər nazirinin Nyu-Yorka səfəri zamanı İranın şərtlərini vasitəçilərə çatdıracağına qərar verildi. İranın təqdim etdiyi 7 şərt dediyim kimi, Hörmüz boğazı açılmadan yerinə yetirilməlidir. İslamabaddakı və ya əvvəlki vəziyyətə qayıtmayacağıq. Zəmanətsiz eyni diplomatiya ilə davam edə bilmərik".

İran rəsmisi İrana qarşı ABŞ-ın uçuş məhdudiyyətləri ilə bağlı suala da cavab verib: "Region ölkələri ABŞ tərəfindən manipulyasiya edilməməlidir. Bizə qarşı ABŞ-la əməkdaşlıq edən qonşu ölkələrə məxsus uçuşları da biz bloklayacağıq"



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031