NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
Rusiya qırııcları NATO ölkələrinin hava sərhədini pozub.
Yenisirvanli.İnfo.Az xarici mətbuatına istinadla xəbər verir ki, NATO Mərkəzi Komandanlığının həyəcan siqnalından sonra Türkiyə F-16-ları Estoniyadakı Amari Hava Bazasından havalanıb.
Məlumata görə, Türkiyə qırıcılarına Litvadakı Şaulyay Hava Bazasında yerləşən İtaliyanın Eurofighter qırıcı təyyarələri ilə yanaşı, Finlandiya və İsveç döyüş təyyarələri dəstək veriblər.
Xəbərdə deyilir ki, birgə hava qüvvələrinin səyi ilə Rusiyanın MiG-31, Su-30 qırıcı təyyarələri ilə birlikdə hərəkət edən Tu-134 nəqliyyat təyyarəsi Finlandiya körfəzi üzərindəki beynəlxalq hava məkanında dövrə vurduqdan sonra geri dönüblər. MİA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: