Ərdoğan bu gün hökuməti toplayır - Gündəlikdə hansı məsələlər var?

28-09-2026, 11:19 109 dəfə baxılıb

 

Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, toplantının əsas gündəm mövzularından biri “Terrorsuz Türkiyə” prosesi olacaq.

Vitse-prezident Cevdet Yılmazın rəhbərliyi ilə yaradılan qurumun avqustun 24-də keçirdiyi ilk iclasdan sonra prosesdə yaranmış son vəziyyət nəzərdən keçiriləcək.

Təhlükəsizlik strukturlarının hazırladığı hesabatlar, PKK terror təşkilatının silahı yerə qoyması və özünü buraxması prosesi, eləcə də bu prosesi parlament çərçivəsində izləyəcək Monitorinq Komissiyasının yaradılması ilə bağlı məsələlər müzakirə olunacaq.

İclasın digər əsas gündəm maddələrindən biri fond böhranı ilə bağlı aparılan istintaq olacaq. İstintaq çərçivəsində son vəziyyət ətraflı şəkildə müzakirə ediləcək. Xəzinə və Maliyyə Nazirliyi ilə Ədliyyə Nazirliyinin apardığı texniki və hüquqi işlər nəzərdən keçiriləcək, atılacaq əlavə addımlar müəyyənləşdiriləcək.

Xarici siyasət mövzusunda isə ABŞ ilə İran arasındakı gərginlik, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son proseslər müzakirə ediləcək. Bundan başqa, İsrailin regiondakı hərbi fəaliyyətləri və bunun qarşısının alınması istiqamətində atıla biləcək addımlar da gündəmdə olacaq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031