Azərbaycan Prezidenti: "Donald Tramp Nobel Sülh Mükafatı almalıdır"

9-10-2026, 11:43 59 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə  Azərbaycan Prezidenti "X" sosial şəbəkəsində paylaşım edib:  "Prezident Donald Tramp 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülhün təşviqində tarixi rol oynadı. Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib.

Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi qəlbdən ümid edirik".



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031