TRAMPDAN VAHİMƏLİ XƏBƏRDARLIQ: "İrana mini nüvə bombası ata bilərik" - "MOAB"ın üstünlükləri nədir?

17-10-2026, 10:09 312 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp İranla bağlı dəhşətli bəyanat səsləndirib.

Mia.az xarici mətbuata istinnadla xəbər verir ki, İrana "bütün bombaların anası" sayılan "MOAB" adlı 10 tonluq bombanı atmaı nəzərdən keçirirlər.

Onun sözərinə görə, bu, "mini nüvə bomnbası" kimidir: "Artıq bunu düşünürəm. Bu, mini nüvə bombası kimidir. İranın nüvə ehtiyatının olduğu dağı bununla vura bilərik".

Tramp daha sonra Husilərin bölgədə yaratdığı yeni siyasi mənzərə barədə danışıb. Deyib kİ, İsrail Husilərlə döyüşən Səudiyyə Ərəbistanına olduqca böyük kömək edir.

Xatırladaq ki, MOAB (Massive Ordnance Air Blast və ya qeyri-rəsmi olaraq Bütün Bombaların Anası) ABŞ ordusunun inventarında olan ən güclü GPS ilə idarə olunan, nüvə silahı olmayan ənənəvi bombalardan biridir. Təxminən 9,8 ton ağırlığındadır. Tam texniki adı GBU-43/B olan bu nəhəng sursat, nüvə başlığı daşımasa da, yaratdığı həddindən artıq təzyiq və zərbə dalğası ilə yerüstü geniş əraziləri, tunel sistemlərini və bunker komplekslərini məhv etmək iqtidarındadır. Ölçüsünə görə, qırıcı təyyarələrdən deyil, C-130 kimi yük təyyarələrinin arxa lyukundan hədəfə doğru istiqamətləndirmək üçün paraşütlərdən istifadə olunur.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031