ŞOK: Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı – VİDEO

8-05-2025, 10:26 206 dəfə baxılıb

 

  

Qubada övladlığa götürülən qız anasını evdən çıxarıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, 63 yaşlı Rübabə Laçınova acınacaqlı həyat hekayəsini Real TV-yə danışıb.

Onun sözlərinə görə, hazırda yaşadığı otaqda heç bir şərait yoxdur və ona sahib çıxan kimsə qalmayıb.

“Bu gün mənim halıma yanan yoxdur. Tanrıdan başqa ümidim yoxdur”, – deyə yaşlı qadın bildirib.

Rübabə Laçınova Quba rayonunda anadan olub və ömrünün sonunadək orada yaşayıb.

1980-ci ildə Əhməd Ağa adlı şəxslə ailə həyatı qurub. Evliliklərinin ilk illərində övladları olmadığı üçün bir müddət sonra qaynının qızı Şahnazı övladlığa götürüblər. R.Laçınova deyir ki, Şahnazla doğma qızları arasında heç bir fərq qoymayıb, onu da eyni sevgi ilə böyüdüb.

Lakin həyat yoldaşı vəfat etdikdən sonra ailədə problemlər yaranıb. Ev dağıldıqdan sonra Şahnaz anasına evdən çıxmalı olduğunu bildirib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031