“WhatsApp” mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlandı

10-05-2025, 14:13 210 dəfə baxılıb

 

“WhatsApp” messencerində və “Meta” şirkətinin digər məhsullarında mesajların məxfiliyinin qorunması məqsədilə şifrələnməsi itkin düşən və ya problemlərlə üzləşən uşaqlar barədə siqnallar almaq imkanını azaldıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə ABŞ-nin Uşaqların İstismarı ilə Mübarizə Təşkilatı məlumat yayıb.

Belə ki, yazışmaların qorunması hüquq müdafiəçilərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının cinayətkarları aşkarlamaq imkanlarını azaldıb.

Təşkilatın məlumatında deyilir ki, ötən il ərzində uşaqların hüquqlarının mümkün pozulmasına dair təqribən 29.2 milyon siqnal alınıb ki, bu da əvvəlki illə müqayisədə 19% azdır.

Bildirilir ki, yazışmaların məxfiliyinin qorunması uşaqların və cinayətkarların olduğu platformalarda məlumatların şifrələnməsinə gətirib çıxarır. (Oxu.az)


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031