Yayın ən ucuz və ən bahalı istirahət məkanları buradır – ARAŞDIRMA

10-07-2025, 10:25 218 dəfə baxılıb

 

Bu yay həm sərvətlə, həm də az büdcə ilə unudulmaz istirahət planlaya bilərsiniz. Lüks otellərdə spa, dəniz və wellness təcrübəsi almaq istəyirsinizsə – seçiminiz Qafqaz Resortları, Lənkəran Springs, Dalğa Beach və Şahdağ ola bilər. Daha sadə, təbii və sərfəli vaxt keçirmək üçün Azərbaycanın rayonlarında kamp, termal, piknik və çimərlik daha uyğun olar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  Tribunainfo.az-ın araşdırmasına əsasən, ucuz və təbii istirahət üçün Qax, Zaqatala, Masallı kimi bölgələrdə çadır qurmaq və kənd evlərində qalmaq cəmi 5-25 manata başa gəlir.

Bakının Şüvəlan və Bilgəh çimərlikləri, eləcə də ictimai parklar da pulsuz və ya minimal ödənişlə dincəlmək istəyənlər üçün ideal seçimlərdəndir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031