RƏZALƏT: “KFC” müştəriyə iylənmiş yemək göndərdi – Foto

5-03-2025, 10:59 318 dəfə baxılıb

 

“Şikayətim KFC-dəndir. Yango vasitəsilə ofisə yemək sifariş etdik və bizə yanıq, qurumuş, iylənmiş boks göndərdilər”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “KFC” restoranlar şəbəkəsindən yemək sifariş verib peşman olan Arzu Kərimli adlı müştəri sosial şəbəkələrdə yazıb. O bildirib ki, göndərilən yeməyi yemək mümkün deyildi:

“Üstəlik, budlar iylənmişdi. Yeməyi yemədən atmalı olduq. Şikayətimizi “Yango”ya bildirdik, sadəcə üzr istədilər. Heç bir tədbir görülmədi. Cavabları da belə oldu ki, növbəti müştərilər üçün qarşısını alacağıq. Anlamıram, biz növbəti müştərilərin məmnuniyyəti üçün və kiminsə səriştəsizliyi ucbatından niyə həm ödəniş edib, həm də ac qalmalıyıq?”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031