FHN tədris-metodiki toplantı keçirdi - Fotolar

16-01-2026, 15:23 244 dəfə baxılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2025-ci il ərzində görülən işlərin təhlili və qarşıda duran vəzifələr” mövzusunda tədris-metodiki toplantı keçirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Toplantıda xidmətin rəhbərliyi və məsul şəxsləri iştirak edib.


Tədbirdə çıxış edən xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2025-ci il ərzində Azərbaycanın daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, suda boğulma hadisələrinin nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.


Daha sonra xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.


Sonda xidmət rəisi cari ildə insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031