Parlamentdə yaşayış minimumu və ehtiyac meyarı müzakirə olundu

23-01-2026, 13:26 315 dəfə baxılıb

 

Parlamentdə yaşayış minimumu və ehtiyac meyarı məsələsi müzakirə olunub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu məsələni deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qaldırıb.


“2023-cü ilə qədər yaşayış minimumu ehtiyac meyarından aşağı idi. Lakin 2023-cü ildən sonra bərabərləşdi. Nəzərə alaq ki, yaşayış minimumu və ehtiyac meyarı aztəminatlı ailələrə aid məsələdir və bunun böyük hissəsi ərzağa gedir.


Ərzaq inflyasiyası da yüksək olduğuna görə söhbət artımdan yox, kompensasiyadan gedir. Nə zamansa bunun fərqləndirilməsinə ehtiyac var. Bizim hazırladığımız qanunvericilik sənədinin yenidən təqdim olunmasını təklif edirəm. Təklif edirəm ki, komitələrimizin birgə layihəsi təqdim olunsun”, - deputat bildirib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031