ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı

19-04-2026, 16:23 984 dəfə baxılıb

 

"ABŞ-nin blokadası nəticəsində İranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb".


ARHD.AZ "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.


Komandanlıq bildirib ki, İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatının bloklanması davam edir. Hərbçilər vurğulayıblar ki, hesablamalara əsasən, İran iqtisadiyyatının 90 faizi beynəlxalq dəniz ticarəti ilə təmin olunur.


CENTCOM-un məlumatına görə, blokada başlayandan bəri artıq 23 gəmi Amerika qüvvələrinin geri dönmək və İrana qayıtmaq barədə göstərişini yerinə yetirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031