Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib

9-08-2026, 12:22 38 dəfə baxılıb

 

2025-ci ildə Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verən abituriyentlərin 56 faizini kənd, 44 faizini isə şəhər yerlərindən olan şəxslər təşkil edib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.

Məlumata əsasən, qəbul üçün ərizə verən abituriyentlər arasında gender bölgüsü bərabər olub. Belə ki, müraciət edənlərin 50 faizini oğlanlar, 50 faizini isə qızlar təşkil edib.

Statistik göstəricilərdə 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin buraxılış imtahanlarında tədris dili və riyaziyyat fənləri üzrə topladıqları balların paylanması da əksini tapıb.

Bundan əlavə, ali məktəblərə qəbul olunanlar arasında hər iki fənn üzrə yüksək nəticə göstərənlərin sayı üstünlük təşkil edib. Xüsusilə tədris dili və riyaziyyatdan 75-100 bal intervalında nəticə göstərən abituriyentlərin sayı digər göstəricilərlə müqayisədə daha yüksək olub.

Eyni zamanda, 0-25 bal intervalında nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunanların sayının xeyli az olduğu görünür. Göstəricilər qəbul olunan abituriyentlərin əsas hissəsinin buraxılış imtahanlarında tədris dili və riyaziyyat fənləri üzrə orta və yüksək nəticələr əldə etdiyini göstərir.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930