Vətəndaş narazıdır: “BADƏ” restoranının qarşısında baş verən davalar nə vaxta qədər davam edəcək?” - VİDEO

17-08-2026, 11:20 208 dəfə baxılıb

 

Redaksiyamıza müraciət edən vətəndaş Nizami rayonu ərazisində fəaliyyət göstərən “Badə” restoranı ilə bağlı narahatlıq doğuran iddialar səsləndirib.

Müraciətdə bildirilir ki, 25 iyul 2026-cı il tarixində, saat 05:20 radələrində restoranda yeyib-içən bir qrup qadın və kişi arasında mübahisə yaranıb.

İddiaya görə, dava əvvəlcə restoranın daxilində başlayıb, daha sonra isə obyektin qarşısında davam edib.

Hadisə zamanı yüksək səslə danışılması, qışqırıqların eşidilməsi və qeyri-etik ifadələrin işlədilməsi ətrafda yerləşən yaşayış binalarının sakinlərinin istirahətini ciddi şəkildə pozub.

Vətəndaşın iddiasına görə, bu cür hallar təkcə sözügedən tarixdə baş verməyib. O bildirib ki, restoranın fəaliyyəti ilə bağlı oxşar səs-küy, dava və ictimai asayişi pozan hallar təxminən 7 ildir davam edir. Ərazi sakinləri dəfələrlə bu vəziyyətlə bağlı narazılıqlarını ifadə ediblər.

Müraciət müəllifi aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını, baş verən hadisəyə hüquqi qiymət verilməsini və ictimai asayişin qorunması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş edir. Patrul.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930