Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

18-09-2026, 10:51 138 dəfə baxılıb

 

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, universitetin 1500-ə yaxın tələbəsinin hamısı artıq özəl universitetlərə köçürülüb.

Tələbələrdən 682 nəfəri Odlar Yurdu Universitetinə, qalanları isə Azərbaycan Universitetinə yerləşdirilib.

Qeyd edək ki, Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədiyi üçün fəaliyyətini dayandırıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031