DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"

7-10-2026, 10:18 139 dəfə baxılıb

 

"Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir".

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 4004 nəfəri Birinci Qarabağ, 6-sı isə İkinci Qarabağ müharibəsində itkin düşüblər.

DTX rəisi həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdən 32 kütləvi məzarlıq aşkarlanıb: "Həmin məzarlıqlardan 253 nəfərin meyiti qalıqları ekshumasiya edilib"(report).



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031