” Lukoil”da yanacaq alışı zamanı sürücüləri necə aldadırlar?- Video

11-03-2025, 18:11 173 dəfə baxılıb

Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu iddia olunur.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, İddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb.

Lukoyl-Azərbaycan QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev məsələnin araşdırıldığını bildirib:

“Hazırda sözügedən yanacaqdoldurma məntəqəsinin rəhbəri məsələ ilə məşğuldur. Araşdırma aparır. Sürücü ilə əlaqə yaratmağa çalışırıq. Qeyd edim ki, həmin sürücü bizim qaynar xəttə müraciət etməyib. Müştərilərimizdən xahiş edirik ki, hər hansı sualları olsa, bizim 012 497 41 90 qaynar xəttimizə müraciət etsinlər”.(Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031